Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında yazıb.
“Biz Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə regional məsələləri, bölgədə sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən əlaqələrin inkişafına dair layihələri müzakirə etdik. Azərbaycanın Almaniya ilə həmişə dostluq və yaxşı münasibətləri olub”, – H.Hacıyev qeyd edib.
We discussed with Dr. Géza Andreas von Geyr, State Secretary at the MFA of Germany regional issues, consolidation of peace in the region and bilateral agenda, including connectivity projects. Azerbaijan has always had friendly and good relations with Germany. pic.twitter.com/4yPiUZv1EV
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 15, 2025
