Hindistan sərhədçiləri iki Banqladeş vətəndaşını öldürüb.
KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Banqladeşin şimal sərhəddində baş verib.
Bildirilib ki, onlar sərhədi qanunsuz keçməyə cəhd göstərdiyinə görə öldürülüb.
Qeyd edək ki, Banqladeşdəki “Odhikar” insan hüquqları təşkilatının son hesabatına əsasən, Hindistan hərbçiləri son iyirmi ildə sərhəd bölgələrində 1200-dən çox banqladeşlini öldürüb.
İqbal Rzayev,
KONKRET.az
