Hindistanda bir uşaqda quş qripi aşkarlandıbackend

Hindistanda bir uşaqda quş qripi aşkarlandı

Hindistanda 4 yaşlı uşaqda quş qripi növü olan A (H9N2) virusa yoluxma halı aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu hadisə Hindistanda H9N2 virusunun ilk dəfə 2019-cu ildə insanda aşkarlanmasından sonra ikinci hal kimi qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın Qərbi Benqal əyalətində 4 yaşlı uşaqda virusun aşkarlandığını təsdiqləyib.

Ağır tənəffüs yoluxucu xəstəliklər, yüksək hərarət kimi şikayətlərlə fevral ayında reanimasiya şöbəsinə yerləşdirilən uşaq 3 aydan sonra evə buraxılıb.

Uşağın evdə ev quşları ilə təmasda olduğu bildirilib. Onun ailəsində və ya ətrafda tənəffüs yoluxucu xəstəlik əlamətləri müəyyən edilməyib.

Rəsmiyyə Şərifova.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*