“Hindistanın baş naziri Narendra Modi Hindistan prezidenti Draupadi Murmu ilə görüşüb və istefasının qəbul olunmasını xahiş edib”
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı Hindistanın Prezident Adminstrasiyası yayıb.
“Baş nazir Narendra Modi prezidentlə görüşüb və kabinetlə birlikdə istefa verdiyini bildirib. Prezident istefanı qəbul edib və Narendra Modidən yeni hökumət fəaliyyətə başlayana qədər işi davam etdirməyi xahiş edib”, – məlumatda bildirilir.
Müəyyən edilmiş prosedura əsasən, parlament seçkilərinin nəticələrinə əsasən Hindistanın baş naziri və Nazirlər Kabineti istefa verməli, lakin yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməlidir.
Orxan
KONKRET.az