Hindistanlı generaldan Türkiyəyə HƏDƏ – “Yerlə-yeksan edərik!”backend

Hindistanlı generaldan Türkiyəyə HƏDƏ - "Yerlə yeksan edərik!"

Hindistanlı sabiq general Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, Hindistan Silahlı Qüvvələrinin istefada olan general-mayoru Qaqan Dip Bakşi Türkiyə ilə bağlı sərt və qalmaqallı ifadələr səsləndirib.

Müxtəlif hərbi və siyasi platformalarda sərt çıxışları ilə tanınan sabiq general, Hindistanın regional güc olaraq imkanlarını önə çəkərək Türkiyəni hədəfə alıb.

Onun sözlərinə görə, Hindistanın malik olduğu nüvə silahları və inkişaf etmiş hərbi potensial Türkiyəyə qarşı istifadə edilə bilər:

“İstəsək, Türkiyəni yerlə-yeksan edə bilərik”, – deyə o bildirib.

Bakşi, həmçinin, Türkiyənin Pakistan-Hindistan gərginliyinə dolayısı ilə müdaxilə etdiyini və Kəşmir bölgəsinə dəstək məqsədilə 3 minə yaxın şəxsin göndərildiyini iddia edib. O, bu addımı Hindistana qarşı açıq mövqe kimi qiymətləndirib.

Qaqan Dip Bakşi əlavə edib ki, Hindistanın strateji üstünlükləri nəzərə alınmalıdır.

“Onlar dünya gücü olduqlarını göstərməyə çalışırlar. Amma unutmamalıdırlar ki, biz də qlobal gücük. Onların nə nüvə silahı, nə də kosmik imkanları var, bizdə isə bunların hər ikisi mövcuddur”, – deyə sabiq general sözlərinə davam edib.

Generalın bu açıqlamaları sosial şəbəkələrdə və ekspert dairələrində geniş müzakirələrə səbəb olub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*