Hindistanlı narkobaron Bakıda saxlanıldı – KİVbackend

Hindistanlı narkobaron Bakıda saxlanıldı - KİV

Hindistanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Bildirilib ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.

Hindistan vətəndaşı Prabhdeep Singh aeroport ərazisində saxlanılıb. Onun barəsində Hindistan Cinayət Məcəlləsinin 21, 25 və 29-cu (narkotik vasitələrin dövriyyəsi, satışı, daşınması və sair) maddələri ilə işin başlanılması və İnterpolun Dehli Bürosu tərəfindən beynəlxalq axtarış elan edilməsi məlum olub.

Saxlanılan şəxs Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*