Hitler müharibədən əvvəl Stalinlə görüşüb – Kravçukbackend

Hitler müharibədən əvvəl Stalinlə görüşüb - Kravçuk

“Sovet rəhbəri İosif Stalin İkinci Dünya Müharibəsinin başlanmasından əvvəl Lvovda Üçüncü reyxin lideri Adolf Hitler ilə görüşüb”.

KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk səsləndirib.

O, bu barədə kütləvi informasiya vasitələrində oxuduğunu, lakin bu məlumatları təsdiqləyəcək arxiv sənədlərini şəxsən görmədiyini açıqlayıb:

“Mən bu məsələ ilə dərindən məşğul olmadım, onu öyrənmədim, mətbuatın yazdıqlarını çatdırdım”, – deyə o, əlavə edib.

Kravçuk qeyd edib ki, jurnalistlərin yazdıqları mətnlərin düzgünlüyünə görə məsuliyyət daşımır.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*