“Hizbullah” liderindən İranla bağlı açıqlamabackend

"Hizbullah" liderindən İranla bağlı açıqlama

“Hizbullah”ın yeni baş katibi Naim Qasım bildirib ki, İran təşkilatı bundan sonra da dəstəkləyəcək.

KONKRET.az xəbər verir ki, o, “Hizbullah”ın Tehran adına döyüşmədiklərini də ifadə edib.

Həmçinin baş katib vurğulayıb ki, “Hizbullah” Həsən Nəsrullahın tərtib etdiyi müharibə planını həyata keçirməyə davam edəcək.

Xatırladaq ki, İsrail sentyabrın 23-də “Hizbullah” təşkilatının birləşmələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və onun hərbi obyektlərinə kütləvi zərbələr endirib. Sentyabrın 27-də həyata keçirilən hücumlardan biri nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah öldürülüb.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*