backend

Hökumət geri dönən miqrantlara öz işlərini açmalarına kömək edəcək

Özbəkistanda öz işlərinə başlamaq qərarına gələn vətənlərinə dönən əmək miqrantları dövlət tərəfindən dəstək alacaqlar.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, əhalinin sosial cəhətdən həssas təbəqələrinin siyahısı respublikanın Məşğulluq və Əmək Münasibətləri Nazirliyi tərəfindən təsdiq edilib.

Bundan əlavə, əlillər və pensiya yaşına çatmış insanlar (kişilər – 58 yaşdan 60 yaşa qədər, qadınlar – 53 yaşdan 55 yaşa qədər); tək və çoxuşaqlı valideynlər; peşə təhsili müəssisələrini bitirmiş və müqavilə əsasında oxumayan məzunlar; aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləri; insan alveri qurbanları; rəsmi işsiz vətəndaşlar; məhkəmə qərarı ilə azadlıqdan məhrumetmə yerlərindən və ya tibbi tədbir görülməsindən azad edilmiş şəxslər siyahıya alınıblar.

Sahibkarlara yardım ticari bankların biznes ideyalarının həyata keçirilməsi üçün verdiyi kreditlər üzrə faiz xərclərinin ödənilməsi üçün zəmanət və təminat şəklində həyata keçirilir. Bu kateqoriyadan olan vətəndaşlara sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün dövlət fondundan maddi yardım ayrılacaq. Bu fond avqust ayında Özbəkistan İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində yaradılan Kiçik Biznesin və Sahibkarlığın İnkişafı Agentliyinin bir hissəsidir.

Son illərdə ölkədə kiçik müəssisələrin inkişafına, xüsusən də əhalini öz şirkətlərini açmağa həvəsləndirməyə böyük diqqət yetirilir. Ölkədə “Hər Ailə Bir Sahibkardır” dövlət proqramı fəaliyyət göstərir, qadın və gənclərin biznes təşəbbüslərini dəstəkləyən layihələr həyata keçirilir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Eyni zamanda, Özbəkistanda 2020-ci il yanvarın 1-dən başlayaraq, dövlət proqramlarının (məsələn, “Hər Ailə bir Sahibkardır”) icrası çərçivəsində kiçik biznesin inkişafı üçün güzəştli kreditlər Mərkəzi Banka illik 16% yenidən maliyyələşdirmə dərəcəsi ilə veriləcək. Eyni zamanda, bu cür kreditlər üzrə faiz xərclərini ödəmək üçün kompensasiya və subsidiyaların verilməsi qərara alınıb. İndi öz biznesini qurmağı planlaşdıran vətəndaşlar banklardan illik 7-8%-lə kredit ala biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*