“Hökumət kənardan tamaşaçı kimi baxmamalıdır, həkim onkoloqlara yetəri qədər maaş verilməlidir”backend

“Hökumət kənardan tamaşaçı kimi baxmamalıdır, həkim onkoloqlara yetəri qədər maaş verilməlidir”

Məlum olduğu kimi, Milli Onkologiya Mərkəzində baş verən partlayış cəmiyyətdə ciddi narahatlıq doğurub. Hadisə zamanı ağır xəsarət alan həkim Asif Nəsirlinin ölkənin yeganə uşaq radioloqu olduğu bildirilir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən məşhur radioloq Aydın Əliyevin sözlərinə görə, baş verənlər böyük faciədir.

O bildirib ki, onkoloji xidmət dövlət hesabınadır, ancaq bir çoxları ödəniş etməyə məcbur qalırlar, müəyyən prosedurların pulla ərsəyə gəlməsi halları yaşanır: “Sosial şəbəkələrdə insanların bir qismi həkimləri pisləyir, digər qismi insanları qınayır. Ancaq bu məsələ mürəkkəb və kompleks yanaşılmalı məsələdir. İllərdir, insanlar onkoloji xidmətdən narazıdır. Bu, ağır xəstəlikdir və çox vəsait tələb edir. İnsanlar çatdıra bilmir, onkoloji xəstəliyin müalicəsi üçün bankdan kredit götürürlər, avtomobillərini satırlar, hətta evini belə satanlar var. Zaman-zaman xidmətlərdən narazılıq edənlər olur. Yetəri qədər tədbir görülmədiyini düşünürəm.  Həkimlərin hər biri zorakılığı qınayır, əlbəttə, anlaşılandır, mən də qatılıram. Ancaq işin kökündə başqa məsələlər, hökumətin bu problemi həll etməməsi durur. Həkim onkoloqlara yetəri qədər maaş verilmədiyinə görə onlar da məcbur qalıb xəstədən nəisə umur. Xəstənin də imkanı olmur. Hökumət kənardan tamaşaçı kimi baxmamalıdır. Bu problem həll edilməlidir. Əmin edirəm ki, problem hökumət səviyyəsində həll edilməzsə, yenə təəssüflər olsun ki, bənzər hadisələr baş verə bilər”.

A.Əliyev qeyd edib ki, A.Nəsirlini ölkənin yeganə uşaq radioloqu kimi təqdim edənlər yanlış yazırlar: “Çünki uşaq radioloqu deyil, uşaqlar üzrə onkoloq radioloq idi. Radioterapiya ilə məşğul olan həkimdir. Radioloq əslində diaqnostika həkiminə deyirlər, o isə müalicə üzrə həkim idi. Radioloq deyil, radioterapevtdir. Şüa müalicəsi ilə məşğul olan onkoloq həkim idi. Bu sahədə mütəxəssis azdır. Digər kurs keçmiş həkimlər də bu sahə üzrə işləyə bilərlər. Əsas problem həkimə qarşı edilən faciəvi hərəkətin olmasıdır. Mütəxəssis məsələsi isə inkişaf etmiş ölkələrdə, qardaş ölkə olan Türkiyədə bütün sahələr üzrə var, oxşar sahənin mütəxəssisi gedib təkmilləşmə kursu keçib gəlib tətbiq edə bilər. İndiki zamanda bu, elə də böyük problem deyil. Ancaq problem həkimin başına gələnlərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*