Hökumət manatın məzənnəsini dəyişdirməyi planlaşdırır – GÖZLƏNİLƏN MƏZƏNNƏbackend

Hökumət manatın məzənnəsini dəyişdirməyi planlaşdırır - GÖZLƏNİLƏN MƏZƏNNƏ

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan hökuməti milli valyuta olan manatının ABŞ dollarına nisbətdə məzənnəsini dəyişdirməyi planlaşdırır.

KONKRET.azın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Türkmənistan Mərkəzi Bankındakı mənbə məlumat verib.

Anonimlik şərtilə danışan mənbə iddia edir ki, Türkmənistan manatının yeni məzənnəsinin 1 ABŞ dollarına görə 8-10 manata çatacağı gözlənilir.

Türkmənistan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi xarici valyuta məzənnəsi 2015-ci ildən bəri dəyişməz qalıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən ölkədə nağd valyuta mübadiləsi qadağandır.

Yeri gəlmişkən, bu günə qədər qara bazarda ABŞ dollarının dəyəri rəsmi olaraq beş dəfədən çoxdur. Hazırda qara bazarda dolların məzənnəsi 2018-ci ilin əvvəlində 30 manata yüksəlməklə tarixi maksimuma çatıb.

Türkmənistanda gözlənilən məzənnə dəyişikliyinin elanı qara bazarda valyuta ticarətinə qarşı mübarizənin intensivləşməsi ilə üst-üstə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*