Hollandiyada su qıtlığı elan edildibackend

Hollandiyada su qıtlığı elan edildi

Hollandiyada davam edən quraqlıq səbəbiylə rəsmi su qıtlığının yaşandığı açıqlanıb və su paylama planı qüvvəyə minib.

KONKRET.az xəbər verir ki, Hollandiya hökumətindən verilən açıqlamada bildirilib ki, İnfrastruktur və Su Təsərrüfatı Nazirliyi iyul ayının ortalarından etibarən ölkədə hava istiliyinin artması ilə əlaqədar su qıtlığının yaşandığını açıqlayıb.

Su paylama planının istifadəyə verildiyi bildirilən açıqlamada müəyyən meyarlar nəzərə alınmaqla təmiz suyun prioritet yerlərə paylanacağı qeyd olunub. Plana əsasən, ölkəni dənizdən qoruyan bəndlərin və kanalların təhlükəsizliyinə, təbiətə dönməz ziyan vurmasının qarşısının alınmasına, içməli su və enerji təchizatının mühafizəsinə üstünlük veriləcək. Sənayedə, kənd təsərrüfatında və digər dənizçilik işlərində istifadə olunan su sərəncama uyğun olaraq bölüşdürüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*