Hondurasın keçmiş prezidentinin oğlu GÜLLƏLƏNDİbackend

Hondurasın keçmiş prezidentinin oğlu GÜLLƏLƏNDİ

Hondurasın paytaxtı Tequsiqalpada baş verən silahlı basqın nəticəsində 4 nəfər öldürülüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onların arasında ölkənin eks-prezidentini Porfirio Lobo Sosanın 19 yaşlı oğlu da var.

Hadisə iyulun 14-də səhər tezdən baş verib.

Polisin məlumatına görə, hadisə yerində azı yeddi silahlı olub.

Onlar gecə klubunun çıxışında ölkənin eks-prezidentinin oğlu Səid Lobo Sosanın da daxil olduğu 4 dostun əyləşdiyi maşını saxlayıblar.

Zərərçəkənlər maşından çıxarılaraq atəşə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*