“Hörmüz”lə bağll gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?backend

"Hörmüz"lə bağll gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

İran ətrafında geosiyasi gərginliyin azalması və dünya bazarında neft qiymətlərinin mümkün enişi enerji ixracatçısı olan ölkələrin iqtisadi perspektivləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Azərbaycanda da bu prosesin enerji gəlirlərinə, valyuta ehtiyatlarına və manatın məzənnəsinə mümkün təsirləri maraq doğurur.

Bəs neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün risk yarada bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda neft qiymətləri hələ də yüksək səviyyədə qalır və 2026-cı ildə də qiymətlərin yüksək olacağı proqnozlaşdırılır.

Əməkhaqqının artırılması özəl sektoru da təşviq edir” - Xalid Kərimli

Onun sözlərinə görə, neftin müəyyən qədər ucuzlaşması dərhal ciddi iqtisadi təsir yaratmayacaq:

“Əgər neft qiymətləri düşərsə, Azərbaycanın valyuta ehtiyatlarında azalma müşahidə oluna bilər. Amma manatın məzənnəsinə təsir etməsi üçün qiymətlərin kəskin şəkildə enməsi və uzun müddət aşağı səviyyədə qalması lazımdır. Hazırda belə bir real gözlənti yoxdur.

Azərbaycanın kifayət qədər valyuta ehtiyatları mövcuddur və bu amil mümkün risklərin qarşısını almaqda mühüm rol oynayır.Qısamüddətli dalğalanmalar ölkənin maliyyə sabitliyi üçün ciddi təhlükə hesab edilmir”.

Ekspert hesab edir ki, enerji bazarındakı proseslər diqqətlə izlənilsə də, hazırkı mərhələdə manatın məzənnəsi və iqtisadi sabitliklə bağlı narahatlıq üçün əsas yoxdur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*