Hörmüzdə gəmiyə hücumun ağır FƏSADLARI: Dağılan neft sahillərə çatdıbackend

Hörmüzdə gəmiyə hücumun ağır FƏSADLARI: Dağılan neft sahillərə çatdı

Hörmüz boğazında gəmiyə hücumdan sonra Fars və Oman körfəzlərinin akvatoriyasında baş verən neft çirklənməsi ciddi ekoloji fəlakətə çevrilib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai “X” sosial şəbəkəsində bölgədə uzun illər ərzində baş vermiş neft sızıntılarından dəyən ümumi zərərin artıq trilyonlarla dollar təşkil etdiyini bildirib.

Avqustun 3-də “Minoan Pioneer” gəmisinə endirilən zərbə nəticəsində böyük həcmdə yanacaq dənizə yayılıb və İranın Kişm adasının cənub sahillərinə qədər çatıb. “Copernicus” missiyasının avqustun 10-da çəkdiyi peyk görüntüləri çirklənmənin geniş miqyasını təsdiqləyib.

Neft ləkəsi Soza çimərliyindən Şib-Deraza qədər olan sahilləri, o cümlədən nadir heyvan növlərinin yaşadığı və təhlükə altında olan ekosistemlərə malik mühüm təbii ərazi – Hara manqrov meşələrini əhatə edib.

Bəqainin sözlərinə görə, bu cür hadisələr son onilliklər ərzində ciddi zərər görmüş regionun dəniz ekosisteminin vəziyyətinin daha da pisləşməsinə səbəb olur.

İran vurğulayır ki, strateji əhəmiyyətli Hörmüz boğazından kommersiya məqsədilə gəmiçilik həyata keçirən bütün ölkələr ekoloji zərərin qarşısının alınmasına və onun nəticələrinin aradan qaldırılmasına görə hüquqi və mənəvi məsuliyyət daşıyırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*