Mariupolda mülki şəxslərin təxliyyəsi ilə bağlı danışıqlar davam edir.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar bildirib:
“Türkiyə Ukrayna xalqının yanındadır. Dənizdən təxliyə üçün gəmi dəstəyi verə bilərik”.
Qara dənizdəki mina təhlükəsindən danışan Akar, “Heç kimə zərər vermədən bu təhlükəni aradan qaldırmağa çalışırıq. Sahil Mühafizəsi Komandanlığı və digər qurumlarla, o cümlədən dəniz patrul təyyarələri, vertolyotlar, havadan PUA-lar, mina ov gəmiləri və patrul gəmiləri dənizdən koordinasiyalı şəkildə mina nəzarəti fəaliyyətləri davam etdirir. Dəniz nəqliyyatında heç bir problem yoxdur.”- əlavə edib.
İqbal Rzayev,
KONKRET.az
