Azərbaycan-Ermənistan sərhədindəki toqquşma bizi narahat edir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviter səhifəsində paylaşım edib.
“Ermənistan təxribatlardan çəkinməlidir. Sülh və sabitlik ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər”, – o deyib.
O həmçinin, Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.
