İbrahim Rəisi: “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi ilə bağlı araşdırmalar sürətlənib”backend

İbrahim Rəisi: "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi ilə bağlı araşdırmalar sürətlənib"

İranın Atom Enerjisi Agentliyi Milli Nüvə Texnologiyaları Günü münasibətilə Tehranda sərgi keçirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran hökümətindən verilən yazılı açıqlamada bildirilib.

Sərgidə çıxış edən Rəisi ölkəsinin nüvə enerjisi sahəsində əhəmiyyətli irəliləyişlər əldə etdiyini qeyd edib:

“Alimlərin nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi ilə bağlı araşdırmaları sürətlənib və hökumət bu prosesə dəstək verəcək”.

Həmçinin İran Atom Enerjisi Agentliyi sərgidə Xuzistan əyalətindəki atom elektrik stansiyasında 360 min meqavat elektrik enerjisi istehsal edəcəklərini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*