İbrahimoviç “Milan”ın avtobusunun şüşəsini SINDIRDIbackend

İbrahimoviç "Milan"ın avtobusunun şüşəsini SINDIRDI

İtaliya “Milan”ının futbolçusu Zlatan İbrahimoviç klubun avtobusunun şüşəsini sındırıb.

KONKRET.az “Milan News”a istinadən xəbər verir ki, hadisə A Seriyasının XXXVII turunda “Atalanta” ilə ev oyunundan əvvəl baş verib.

41 yaşlı hücumçu vacib matç ərəfəsində həyəcanlanıb və içəridə olarkən avtobusun şüşəsini vurub.

Qeyd edək ki, qarşılaşma “Milan”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda sona bir tur qalmış 83 xalla liderdir. İkinci sıradakı “İnter”in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*