İcbari tibbi sığorta ilə bağlı ELANbackend

İcbari tibbi sığorta ilə bağlı ELAN

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə qədər təxirə salınır.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin dekabrın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İcbari tibbi sığortada müştərək maliyyələşmə 2024-cü il yanvarın 1-dən tətbiq edilməli idi.

Qeyd edək ki, qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə qanunun qeyd olunan müvafiq maddəsinin tətbiqinin 2025-ci il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulur.//Apa

  • Səmərqə
    Dekabr 4, 2023 - 06:51

    Onu bilirem ki, çətin ki bizim Azərbaycan başqa sahələrdə olduğu kimi tibbi sığorta sarıdan da yarıya bilsin. Bizim vətənimizdə heç nə insan üçün deyil, insan hər şey üçündür. Hələ adi qonşu İrana biz daim həsrətlə baxmışıq.Ölkəsində tibbi sığortası bizdən qat-qat üstündür. Hələ Türkiyədə dərmanlar belə pulsuzdur. Bizdə isə o mafiyaların biz bədbəxtlərə sırıdığı dərmanlar isə od qiymətinə dir. Onkoloji xəstəliklər heç sığortaya aid edilməyib. Nəyinki dərmanları.. . Bir sözlə varın yoxdan xəbəri yoxdur.. 💔 😢

    • Aynur
      Dekabr 4, 2023 - 12:10

      Duzdu .onkologiyada mualice olunuram her iki aydan bir 4 manatdiq derman yaziram. İslemirjk .gucle borc xerc edib aliram dermanlari. Neyniyek biz bele yasayosıa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*