İçərişəhərdə quyuya düşmüş pişiyi belə xilas etdilər – VİDEObackend

İçərişəhərdə quyuya düşmüş pişiyi belə xilas etdilər - VİDEO

İçərişəhərdə yerli sakinlər quyuya düşmüş pişiyi xilas ediblər.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Dərinliyi 10 metrə qədər olan quyuya düşmüş pişiyi xilas etmək üçün yerli sakinlər səfərbər olublar.

Onlar Samir Zeynalov adlı bir nəfərin belinə uzun kəndir bağlayaraq quyunun içinə sallayıblar və heyvanı ordan çıxarıblar.

Sakinlərin bu təhlükəli, amma xeyirxah əməli kənardan baxanlar tərəfindən alqışlarla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*