İcra başçısı 600 bal toplayanlara 6 manatlıq saat hədiyyə etdi – FOTObackend

İcra başçısı 600 bal toplayanlara 6 manatlıq saat hədiyyə etdi - FOTO

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov cari ildə ali məktəbə qəbul olan tələbələrlə görüş keçirib. 

KONKRET.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, icra başçısı tələbələrə “qiymətli” hədiyyələr verib. Rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr sadəcə uşaq saatından ibarət olub. Sözügedən saatın satış dəyəri isə 5.80 manatdır.

Bildirilib ki, həmin saatlar da sadəcə yüksək bal toplayan tələbələrə verilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində rayon üzrə 7 nəfər 600-dən yuxarı bal toplayıb.

Məsələ ilə bağlı açıqlama verən Mansur Məmmədov bildirib ki, bu xatirə hədiyyəsidir:

“Hədiyyənin qiymətinə baxmazlar. Həmin tədbir zamanı onların özlərinə də bildirildi ki, bu, sadəcə xatirə üçündür. Məqsəd tələbələri təbrik etmək idi”, – deyə o qeyd edib.

undefined

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*