İcra başçısı təyin edilən Əziz Əzizov kimdir? – DOSYEbackend

İcra başçısı təyin edilən Əziz Əzizov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

KONKRET.az Əziz Əzizovun dosyesini təqdim edir:

Əziz Əzizov M.Əzizbəyov adına Neft və Kimya Akademiyasını mühəndis ixtisası üzrə bitirib.

1985–1986-cı illərdə tramvay parkında xətt sahəsi təmiri ustası, 1986–1987-ci illərdə tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsini icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbəsinin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifəsində çalışıb.

1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olub.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*