Ermənistan Parlamentinin “Vətəndaş müqavilə” fraksiyasından olan deputatı Hripsime Hunanyan Səhiyyə Məsələləri Daimi Komitəsinin sədri vəzifəsindən istefa verib.
KONKRET.az xəbər verir ki, o, əlavə edib ki, qarşıdan gələn parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasının proporsional siyahısına daxil edilməkdən imtina edib.
“Əziz həmvətənlərim, parlametdə son zamanlar səsləndirdiyim bəzi fikirlər bir sıra vətəndaşlarımız tərəfindən tənqid olundu. Əvvəlcə, bu və ya digər şəkildə sevimli vətəndaşlarımızın qəzəbinə və narazılığına səbəb olan ifadələrimə görə üzr istəyirəm. Əlbəttə ki, ictimai çıxış siyasi fəaliyyətin ayrılmaz hissəsidir və bəzən şifahi çıxış zamanı buraxılan səhvlərdən qaçınmaq mümkün olmur. Hər kəs səhv edə bilər, amma səhvlərlə üzləşmək və onları düzəltmək, hər kəs üçün nümunə olan, ictimai liderliyi öz üzərinə götürənlərin məsuliyyətidir. Ən yaxşı liderlik nümunə göstərməklə liderlik etməkdir. Düşünürəm ki, bu, siyasi sahəmizin əsas dəyərlərindən biri olmalıdır. Bu təlimatı rəhbər tutaraq, parlamentin Səhiyyə Məsələləri Daimi Komitəsinin sədri vəzifəsindən istefa vermək qərarına gəldim. Eyni zamanda, qarşıdan gələn parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasının proporsional siyahısına daxil edilməkdən imtina etmək qərarına gəldim”.
Hunanyan özünün Facebook səhifəsində yazıb: “Mən Ermənistan Respublikasının gücləndirilməsi kimi ən vacib missiya yolunda dövlətimizə və xalqımıza xidmət etməyə davam edəcəyəm”.
Natiq Səlim,
KONKRET.az
