II Elizabetin dəfn mərasiminə üç ölkə dəvət edilmədibackend

II Elizabetin dəfn mərasiminə üç ölkə dəvət edilmədi

Kraliça II Elizabetin sentyabrın 19-da keçiriləcək dəfn mərasiminə Rusiya, Belarus və Myanma liderləri dəvət olunmayıb. İrana isə səfir səviyyəsində dəvət göndərilib.

KONKRET.az xəbər verir ki, bu barədə “PA Media” məlumat yayıb.

Qeyd edək ki, 96 yaşında dünyasını dəyişən Britaniya kraliçasının dəfn mərasiminə dünyanın hər yerindən 500-ə yaxın yüksək vəzifəli məmurun qatılacağı gözlənilir.

Məlumata görə, Vestminster Abbey kilsəsindəki mərasimə qatılacaq dövlət və ya hökumət başçılarının yalnız özlərinə və həyat yoldaşlarına yer ayrılacaq.

Bildirilib ki, liderlər iştirak etməsə, onları təmsil etmək üçün mərasimdə nazir kimi yüksək səviyyəli məmurlar iştirak edə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*