İki gün öncə intihara cəhd edən 23 yaşlı Xaçmaz sakini öldübackend

İki gün öncə intihara cəhd edən 23 yaşlı Xaçmaz sakini öldü

Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, sentyabrın 16-da özünü asmağa cəhd edən 1996-cı il təvəllüdlü Cəbrayılov Ramin Vahid oğlu bu gün dünyasını dəyişib. Xatırladaq ki, o, boğazına sarıdığı ip qırıldığından intihar cəhdi baş tutmamışdı. Xaçmazda rayon Alı Mustafayev küçəsində yaşayan 1996-cı il təvəllüdlü Ramin Cəbrayılov özünü yaşadığı evdən asmağa cəhd etmişdi. Ailə üzvləri onu dərhal xəstəxanaya çatdırmışdılar. Ramin tibb müəssisəsinin reanimasiya şöbəsində müalicə alırdı. Onun intihara cəhdetmə səbəbi məlum deyil.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*