İki nəfəri bıçaqlayıb qaçan tələbə saxlanıldıbackend

İki nəfəri bıçaqlayıb qaçan tələbə saxlanıldı

Ötən gün 2 nəfərə bıçaqla xəsarət yetirərək qaçan Həsən Zaur oğlu Abdullasoylu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

KONKRET.az xəbər verir ki, H.Abdullasoylu Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Fiziki tərbiyə müəllimliyinin ikinci kursunda təhsil alır.

Qeyd edək ki, saxlanılan şəxs ötən gecə aralarında yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Turan Aqşin oğlu Şirinov və 2005-ci il təvəllüdlü Yaqub Elnur oğlu Allahverdiyevə bıçaq zərbələri endirib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*