“İkiüzlülükdür” – Mariya Zaxarova Co Baydeni SƏRT TƏNQİD ETDİbackend

"İkiüzlülükdür" - Mariya Zaxarova Co Baydeni SƏRT TƏNQİD ETDİ

“ABŞ-ın dekabrda keçirmək niyyətində olduğu “Demokratiya uğrunda sammit” ideyası təhlükəli və ikiüzlülükdür”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 1-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, tədbiri hansı dövlətin, hansı formatda keçirməsinə deyil, onun ideyasına diqqət yetirmək lazımdır: “İdeya yalnız ikiüzlülüyə görə deyil, demokratiya, insan haqları qorunmayan dövlətlərin bunlardan danışması və bunları öyrətməyə cəhdi çox təhlükəlidir”.

Qeyd edək ki, dekabrın 9-10-da ABŞ Prezidenti Cozef Bayden təşəbbüsü ilə videoformatda “Demokratiya uğrunda sammit” keçiriləcək. Tərbirdə dövlətləin liderləri, hüquq müdafiəçiləri və iş adamları iştirak edəcəklər. Ümumilikdə “sammit”ə 110 dövlətin lderi dəvət edilib. Bu siyahıda Tayvan adasının adı olsa da Çin, Rusiya, Türkiyə və Misir kimi dövlətlərin adları yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*