İlham Əliyevdən Slovakiyanın Baş nazirinin güllələnməsinə REAKSİYAbackend

İlham Əliyevdən Slovakiyanın Baş nazirinin güllələnməsinə REAKSİYA

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb.

KONKRET.az xəbər verir ki, dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*