İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri başladıbackend

İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri başladı

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qırğız Respublikasına dövlət səfəri başlayıb.

KONKRET.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsi “Manas” Beynəlxalq Hava Limanına enib.

Hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Prezidenti Sadır Japarov qarşılayıb.

Dövlət səfəri çərçivəsində dövlət başçıları ikitərəfli danışıqlar aparacaq və Dövlətlərarası Şuranın I iclasında iştirak edəcəklər.

Bundan əlavə, dövlət səfəri çərçivəsində “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*