İlin ikinci Günəş tutulması başa çatıb – YENİLƏNİBbackend

İlin ikinci Günəş tutulması başa çatıb - YENİLƏNİB

İlin ikinci Günəş tutulması başa çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatıb.

Tutulmanın maksimumu saat 15:00-da olub. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edib. Bu təbiət hadisəsini Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olub.

Qeyd edək ki, 2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib. Noyabrın 8-də ilin ikinci Ay tutulması olacaq.

***

12:59

İlin ikinci Günəş tutulması başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatacaq.

Tutulmanın maksimumu saat 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edəcək. Bu təbiət hadisəsimi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, 2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*