“İlk atəşi biz açmamışıq, bizim istəyimiz olsaydı, Ermənistan ərazisinə …” – Prezidentbackend

"İlk atəşi biz açmamışıq, bizim istəyimiz olsaydı, Ermənistan ərazisinə ..." - Prezident

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhə vəziyyətində yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət edib.

KONKRET.az xəbər verir ki, Prezident son zamanlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter aldığını bildirib.

Prezident xatırladıb ki, bu ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatları zamanı Azərbaycan hərbçiləri şəhid olub, bir mülki vətəndaş həlak olub.

“Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıb. İlk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verdi və Ermənistan bir santimetr də irəli gedə bilmədi”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı:

“Mən bu barədə demişəm, bir də demək istəyirəm. Əgər bizim istəyimiz olsaydı, Ermənistan ərazisinə hərbi döyüşləri keçirə bilərdik”, – deyə Ali Baş Komandan söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*