backend

İlk qaradərili xəstəyə yeni üz köçürüldü - FOTO

Amerikalı Robert Çelsi yeni üz köçürülmüş ilk qaradərili xəstə olmaqla yanaşı, həm də bu əməliyyatın icra edildiyi ən yaşlı insan olub.

Kaliforniyanın 68 yaşlı sakininin hekayəsini “Time” dərc etmişdi. Hekayə 2013-cü ildə başlayıb: satış meneceri Robert Çelsi Los Anceles yollarının birində avtomobilini dayandırır, avtomobil həddindən artıq qızmışdı və Çelsi onun soyumasını gözləməyi qərara alır.

Elə bu zaman başqa bir avtomobil yolda yüksək sürətlə hərəkət edirdi, sürücü idarəetməni itirərək Robert Çelsinin avtomobilinə çırpılır, zərbədən Çelsinin maşını od tutub yanmağa başlayır. Sonrakı aylar Çelsi üçün əsl kabus oldu. Bədəninin yarısı üçüncü dərəcəli yanıqlar almışdı və bir sıra problemlərlə üzləşmişdi: mədə-bağırsaq traktının disfunksiyası xüsusi əməliyyatlar tələb edirdi.

Ümumilikdə, qəzadan sonrakı aylarda həkimlər donorları ölən insanlar olan çox sayda dəri nəqli də daxil olmaqla 18 əməliyyat keçirdilər. Ürəyin qan təminatını yaxşılaşdıran dərmanlar səbəbiylə Çelsinin əl və ayaqlarının qan təchizi kəskin şəkildə pisləşdi. Burun və dodaqdakı toxumaların ölümü başladı.

Robert Çelsinin əməliyyatdan əvvəlki və indiki halı

Nəticədə kişi xəstəxanadan buraxıldı, ancaq dodaqlarını, burnunun bir hissəsini, eləcə də digər həyati orqanların müəyyən hissələrini itirdi. Yaralar onun üzünü örtmüşdü.

Çelsi uyğun bir dəri rəngi olan donor tapıldıqda üz nəqli üçün razılaşdı. Əməliyyat bu yay həyata keçirildi. 16 saat davam edən əməliyyatda 45 mütəxəssis iştirak etdi. Transplantasiya uğurla başa çatdı.

Həkimlər qeyd edirlər ki, yaşının çox olmasına baxmayaraq, Çelsinin sağalması sürətlə gedir və gələcəkdə göstəricilərin yaxşılaşmasını gözləmək olar. Əməliyyatdan sonrakı müddətdə yeni bir üzdə qan axını sabitləşdi və üst hissəsində saç bitməyə başladı. Əzələlərin hərəkətliliyi də ortaya çıxdı.

Həkimlərin dediyinə görə, üz əslinə bənzəyəcək, amma hərəkətlərin aydınlığı, Çelsinin doğma siması kimi olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*