İlon Mask Roma Papası ilə görüşdü – FOTObackend

İlon Mask Roma Papası ilə görüşdü - FOTO

Amerikalı iş adamı İlon Mask cümə axşamı, iyunun 30-da Papa Fransisk ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə iş adamı öz Twitter səhifəsində yazıb.

“Bir gün əvvəl Papa Fransisk ilə görüşmək mənim üçün böyük şərəf idi” deyə Mask vurğulayıb.

O, pontifiklə görüşün təfərrüatlarını açıqlamayıb.

Bu mesaj iş adamının Twitter səhifəsində bir həftədən çox fəaliyyətsizlikdən sonra ilk mesajı olub. Axios-a görə, 16 iyuna qədər Mask həftədə orta hesabla 145 tvit və ya retvit yazırmış, sonra aktivlik azalmağa başlayıb.

İyunun 23-dən iyunun 30-dək olan müddətdə Maskın səhifəsində heç bir yazı görünməyib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*