İmişlidə 2 nəfər bıçaqlandı, biri öldübackend

İmişlidə 2 nəfər bıçaqlandı, biri öldü

İmişlidə qətl hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonunun Göbəktala kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Pünhan Nağı oğlu Hüseynov mübahisə zəminində yaxın qohumları olan kənd sakinləri – 1990-cı il təvəllüdlü Səbuhi Rüzgar oğlu Əmrahovu və 1985-ci il təvəllüdlü Amid Əvəz oğlu Əmrahovu bıçaqlayıb.

Sonucu hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. P.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*