İmran Xanın Rusiyaya səfəri gözlənilirbackend

İmran Xanın Rusiyaya səfəri gözlənilir

Pakistan Baş naziri İmran Xan fevral ayında prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Wion” telekanalı məlumat yayıb.

Bildirilib ki, Pakistan Baş naziri İmran Xan ölkənin son 23 ildə Rusiyaya səfər edən ilk baş naziri olacaq.

Məlumata görə, səfər zamanı ikitərəfli əlaqələr, Əfqanıstandakı vəziyyət və s. məsələlər müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*