İndeksləşmədən sonra 300-500 manat alan şəxslərin pensiyaları nə qədər olacaq? – AÇIQLAMAbackend

İndeksləşmədən sonra 300-500 manat alan şəxslərin pensiyaları nə qədər olacaq? - AÇIQLAMA

Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanıb. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, indeksləşdirmə 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 3,4 faiz təşkil edib. Əmək pensiyaçılarının əsasən ahıl insanlar olduğunu nəzərə alsaq, bir çoxları indeksləşdirmə faizini və artımın nə qədər olduğunu hesablamaqda çətinlik çəkirlər.

Bu səbəbdən də, KONKRET.az iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxlayaraq, artımın necə hesablanacağını soruşub. Ekspert bildirib ki, 2016-cı ilə qədər Azərbaycanda indeksləşmə infilyasiya rəqəmlərinə görə, həyata keçirilirdi. Lakin 2016-cı ildə devalivasiyalardan sonra ikirəqəmli infilyasiya qeydə alındı və hökumət qaydaları dəyişdi. İndeksləşmə infilyasiya rəqəmlərinə görə deyil, nominal illik gəlir artımına görə, həyata keçirilməyə başladı. Ötən il nominal gəlir artımı təxminən 3 faiz civarında olub. Ona görə də, infilyasiyanı nəzərə almadan ancaq nominal gəlir artımı həcmində indeksləşmə ilə bağlı qərar qəbul edilib. Bu da təqribən 3,5 faiz civarındadır. Yəni 300 AZN-ə təqribən 11 manat, 500 AZN-ə isə 17,5 manat əlavə artım hesablanacaq. Belə desək, hər 100 manata, 3,5 manat artım nəzərdə tutulub”.

Natiq Cəfərli: “Bu artım bazar qiymətlərinə hec cür adekvat deyil”

Natiq Cəfərli əlavə edib ki, 200 AZN birdəfəlik ödəmə ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib: “Bu məbləğin kimlərə şamil olunacağı ilə bağlı parametrlər açıqlanacaq. Təxminən 1 milyon, 300 min pensiyaçının 900 minə yaxını minimum və ya ona yaxın məbləğdə pensiya alır. Belə məlum olur ki, 200 AZN birdəfəlik ödəmə məhz həmin şəxslərə şamil ediləcək. Ən aşağı pensiya təxminən 240 manatdır. Bu məbləğdə pensiya alan şəxslərə 200 manat birdəfəlik ödəmə aid edilə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*