“İndiki hakimiyyət Ermənistanı sirkə çevirib” – Erməni nəşribackend

“İndiki hakimiyyət Ermənistanı sirkə çevirib” – Erməni nəşri

Ermənistanın tanınmış nəşrlərindən olan “Fakt” qəzeti Nikol Paşinyanı sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, nəşrdə Nikolun hakimiyyətə gəlməmişdən qabaq siyasi şüarlarına diqqət çəkilib və vurğulanıb ki, onun vaxtilə Sakrisyana qoyduğu tələblərə özü əməl etmir:

“Talana son!” tələbi Paşinyanın əsas şüarlarından idi. Hazırda isə rəhbərlik etdiyi hökumət büdcəni talan edir. Paşinyan hökuməti dövlət büdcəsinin mənimsənilməsini, komandasına və öz adamlarına astronomik maaşlar və mükafatlar verməsini və büdcəyə gizli sızma hallarını praktiki olaraq qanuniləşdirib”.

Qəzet iddia edib ki, “Polis rejiminə yox” deyən Paşinyan indi Ermənistanı polis dövlətinə çevirib:

“Diktaturaya yox” tələb ilə meydanlara atılan siyasətçinin hakimiyyət illərində Ermənistanda qəhvəyi diktatura bərqərar olub. Siyasi təqiblər, həbslər bir-birini izləyir və bu, hakimiyyətin əsas praktikasına çevrilib. “Rusiyanın təsirindən çıxmalıyıq”, – deyən hazırki hakimiyyət nümayişkaranə şəkildə anti-Rusiya mövqeyi göstərsə də, özü Avrasiya İttifaqına möhkəm bağlıdır.

Müntəzəm səs-küylü ifşalar onu deməyə əsas verir ki, sistemli korrupsiya Paşinyan dövründə nəinki itməyib, həm də yeni çalar alıb. Məhz indiki hakimiyyətin sayəsində Ermənistan sirkə çevrilib, Vətən qan çanağına dönüb”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*