İndoneziyada silahlı hücum zamanı 10 nəfər öldübackend

İndoneziyada silahlı hücum zamanı 10 nəfər öldü

İndoneziyada silahlı hücum olub.

KONKRET.az xəbər verir ki, hadisə Qərbi Papua Azadlıq Ordusuna aid silahlılar tərəfindən həyata keçirilib.

Papua əyalət polisinin məlumatına görə, hücumda 10 tacir öldürülüb 2-i yaralanıb.

Polis sözçüsü Əhməd Mustofa Kamal bildirib ki, hücumu 20-yə yaxın silahlı şəxs həyata keçirib.

Kamal 7 nəfərin hadisə yerində, 3 nəfərin isə yaxınlıqdakı klinikada dünyasını dəyişdiyini bildirib.

Xatırladaq ki, 1963-cü ildən İndoneziya bölgəsinə birləşən Papua bölgəsi Niderlandın nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*