İndoneziyada təbii fəlakət – Ölənlər varbackend

İndoneziyada təbii fəlakət - Ölənlər var

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqınlar və torpaq sürüşmələri nəticəsində üç nəfər ölüb, on nəfər itkin düşüb.

KONKRET.az xəbər verir ki, cümə axşamı yağan güclü leysan əyalətin on rayon və şəhərində daşqınlara, torpaq sürüşmələrinə və körpülərin dağılmasına səbəb olub.

Daşqınlar yolları su altında qoyub, nəqliyyatı iflic edib, on minlərlə evə ziyan vurub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakətdən zərər çəkən bölgələrə ərzaq, dərman və digər zəruri yardımlar göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*