İngiltərə və Kanada Ukraynaya göndərdiyi silah və pulun qarşılığında nə istəyir? – DETALLARbackend

İngiltərə və Kanada Ukraynaya göndərdiyi silah və pulun qarşılığında nə istəyir? - DETALLAR

Son bir neçə aydır ki, Rusiyanın Ukraynaya proqnoz edilən hücumu ilə bağlı müzakirələr qlobal siyasi gündəmdə əsas yer tutur. Heç kim bu aqressiv planlara dair inandırıcı dəlillər təqdim etməsə də, NATO üzvləri Kiyevə dəstəyini əsirgəmir. Bəziləri isə maliyyə yardımı və silah tədarükü formasında öz yardımını edir. ABŞ-dan əlavə, Ukraynanın hərbi potensialı hazırda Kanada və Böyük Britaniya tərəfindən səylə gücləndirilir. Üstəlik, Böyük Britaniya Kiyevə nəinki öldürücü silahlar göndərir,  həm də Ukrayna Hərbi Dəniz Qüvvələrinin inkişafı ilə məşğul olur. Hətta Kiyev və Varşava arasında strateji ittifaq yaratmaq planların da gizlətmir. Kanada da öz növbəsində Kiyevə yüz milyonlarla dollar maliyyə yardımı edir və on minlərlə ukraynalı əsgərə təlim keçir.  

KONKRET.az xəbər verir ki, fevralın əvvəlində Böyük Britaniyanın Ukrayna və Polşa ilə üçtərəfli ittifaq qurmaq planları məlum olub. Ukraynanın nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk bildirib ki, İttifaq “Rusiya təhlükəsi”nə effektiv şəkildə müqavimət göstərəcək. Qeyd edək ki, bu, Ukrayna və Polşanın iştirak etdiyi ilk üçtərəfli tərəfdaşlıq deyil. Belə ki, Litva ilə birlikdə Rusiyaya alternativ yaratmaq məqsədi daşıyan Lyublin üçbucağının bir hissəsidir.

Переговоры Владимира Зеленского и Бориса Джонсона в Киеве

Beynəlxalq analitiklər hesab edirlər ki, Ukrayna Böyük Britaniya və Polşa planlaşdırılan “kiçik ittifaqdan” praktiki fayda gözləməməlidir. Rusiya Beynəlxalq Əlaqələr Şurasının (INAC) baş direktoru Andrey Kortunovun sözlərinə görə, söhbət daha çox ikitərəfli əsasda həyata keçirilən əməkdaşlıq (silah təchizatı, birgə təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi) formalarından gedir: “Ukrayna rəhbərliyi bu cür çoxtərəfli strukturun praktik əhəmiyyətinin kifayət qədər məhdud olduğunu başa düşərək, bunu böyük qələbə kimi təqdim edəcək” – Kortunov vurğulayıb.

Britaniyanın Ukraynaya siyasi dəstəyinin başqa bir istiqaməti isə Rusiyaya qarşı sanksiyalardır. London artıq Rusiyanın işğalının gerçəkləşəcəyi halda sanksiyalar paketini hazırlayıb: “Bu sanksiyalar “Kreml üçün əhəmiyyətli olan” təşkilatlara və şəxslərə təsir edəcək – Britaniya aktivləri dondurulacaq və yerli şirkətlərə onlarla iş görmək qadağan ediləcək. Xarici işlər naziri Liz Truss sanksiyaların rusiyalı oliqarxların Britaniyadakı daşınmaz əmlakına təsir edə biləcəyini də istisna etməyib.

Президент Украины Владимир Зеленский в штаб-квартире НАТО в Брюсселе, 16 декабря 2021 года

Üstəlik, Böyük Britaniya Ukraynaya ölkənin dəniz qüvvələrinin inkişafı üçün 1,7 milyon funt-sterlinq kredit verəcək. Bu vəsait Ukraynanın mina əleyhinə iki gəmi alması və onlara texniki xidmət göstərilməsi, həmçinin səkkiz raket katerinin və bir freqatın birgə tikintisi üçün imkan yaradacaq. Ali Rada yanvarın 27-də sazişi ratifikasiya edib.

Канадские военные инструкторы и украинские военнослужащие проводят учения в Яворове (Львовская область)

Bununla belə, Ukrayna diasporunun nümayəndələri Kiyevə göstərilən dəstəyin miqyasından narazıdırlar və bunu açıq şəkildə “əhəmiyyətsiz” adlandırırlar. Ottava həddən artıq ehtiyatlı və ləng davranmaqda günahlandırılır. Ümumdünya Ukraynalılar Konqresinin prezidenti Pavlo Qrodun sözlərinə görə, Kanadanın baş naziri və komandası düzgü fikirlər səsləndirsələr də, əməli addımlar atmırlar: “Kanada G7-nin Ukraynanı dəstəkləmək səylərində ön sıralarda olmalıdır, geridə qalmamalıdır” – deyə açıqlamada bildirilir.

Британские солдаты на учениях НАТО Wind Spring 15 в Румынии

Britaniya hərbçilərinin Şərqi Avropada yerləşdirilməsi praktikdən daha çox simvolik xarakter daşıyır. Əgər Putin Ukraynanı işğal etmək qərarına gəlsə, bu, Rusiya-Avropa münasibətlərinə xələl gətirəcək. Üstəlik Kremlin bir nəsil üçün Avropanın qalan hissəsindən təcrid olunması ilə nəticələnəcək. Nə Böyük Britaniyanın, nə Kanadanın, nə də ABŞ-ın Ukrayna hadisələrinə birbaşa müdaxilə etmək istəmədiyi aydın olsa da, onların Kiyevə hərbi yardımı artırması narahatlıq doğurmaya bilməz. Qərb paytaxtlarında gözlənildiyi kimi Ukraynaya nağd pul infuziyaları və silah tədarükü həqiqətən də Kiyevin özünə inamını artıra biləcək.  lakin uzunmüddətli perspektivdə bu, regiona yaxşı heç nə gətirməyəcək.

Maliyyə yardımı və müntəzəm kreditlər almaqla, Ukrayna Rusiyadan canını qurtarmağa çalışsa da, bu hal rəsmi Kiyevi siyasi-iqtisadi asılılığa sala bilər. Çünki Ukraynanın xarici borcu sürətlə artır. Artıq bir çox dövlətlər bu yolu keçiblər. Təbii ki, belə bir ssenari heç kimə, hətta Avropa materikindən dənizlə ayrılmış Böyük Britaniya və Kanadaya da sərfəli deyil.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*