“İnsanlar çörəyə baxıb ağlayır” – Buçadan DƏHŞƏTLİ KADRLARbackend

"İnsanlar çörəyə baxıb ağlayır" - Buçadan DƏHŞƏTLİ KADRLAR

Dmitri Komarov Buçadan dəhşətli kadrlar göstərib.

KONKRET.az xəbər verir ki, “The World Inside Out” verilişinin tanınmış ukraynalı aparıcısı Dmitri Komarov patrul polisinin birinci kolonunda Buça şəhərinə daxil olub. Bir ay ac qalan insanların çörəyi görəndə ağladığını söyləyib.

Qeyd edək ki, bir gün əvvəl şəhər rus ordusundan azad edilib.

Aparıcı Rusiya ordusunun komanda məntəqəsinin harada olduğunu göstərib. İndi Buçada təmizlik və yoxlama gedir – polis və istehkamçılar işləyir.

“Nə deyim… Yazıqlar… Biz maşınla gedirdik və yollarda çoxlu sayda mülki vətəndaşın öldüyünü gördük… Gənc, qoca… Onlar həmişəlik öz doğma şəhərlərinin küçələrində qaldılar,çoxlu cəsədlər var”,- Komarov deyir.

Onun sözlərinə görə, insanlar çörəyə baxıb ağlayır, yeməyə heç nələri olmayıb.

“İnanmazsınız, camaat çörəyə baxıb ağlayır… Bir aydır ki, çörək görmürlər”, – deyə aparıcı əlavə edib.

Aparıcıya verdiyi şərhdə hərbçi bildirib ki, şəhərdə çoxlu əlləri bağlı meyitlər var. Bu o deməkdir ki, insanlar müqavimət göstəriblər, işğalçılar onları güllələyiblər.

Xuraman Etibarlı,

KONKRET.az

  • Məmmədov Mahmud
    Aprel 2, 2022 - 17:34

    Bu Araz Əlizadə kimi rus alt paltarını yaşayanlara bunları göstərmək lazımdır. Onun kimi şərəfsizlər nə millətə, nə də insanlığa uyğun hərəkət etdilər. Həmişə alçaqlıq kimin şsə məddahı rolunu oynayırlar. Bu millətin adı və çörəyi nəsillərinin qənim olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*