“İnsanlar narahatdır, xüsusilə də gecələr” – Qafan meribackend

“İnsanlar narahatdır, xüsusilə də gecələr” - Qafan meri

“İnsanlar narahatdır, xüsusilə də gecələr”.

KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri “Hraparak”a açıqlamasında Qafan Bələdiyyə Başçısı Gevorq Parsyan bildirib:

“Gorus-Qafan dövlətlərası yolunun Gorus-Şahverdilər (Vorotan) hissəsində yoldan çıxmaq mümkün deyil”.

Xatırladaq ki, sentyabrın 18-də Kotayk bölgəsinin Kasax icmasının iki sakini, Gorus-Qafan dövlətlərarası yolunun Gorus-Şahverdilər (Vorotan) hissəsində Azərbaycanın nəzarətində olan ərazidə yoldan çıxaraq itkin düşmüşdü.

Gevorq Parsyan, məkanı yaxşı tanıdığını söyləyərək bildirib ki, o hissədəki yoldan kənara çıxmaq mümkün deyil:

“Baxın, itkin düşənlər artıq Ermənistandadır, həqiqətən yoldan çıxıb kənara getmədiklərinə dair artıq cavab verə bilərlər. Məntiqimə əsaslanaraq deyirəm ki, bir yeri çox yaxşı tanıyanda oradan kənara çıxmaq mümkün deyil, əgər sən o yerdə görünmüsənsə, deməli qəsdən peyda olmusan. Əgər onlar yoldan çıxsaydılar və həqiqətən də Eyvazlı və  Qubadlı istiqamətinə gedirdilərsə, bunu qəsdən edərdilər də. Çünki o magistral yoldan kənara çıxmaq mümkün deyil” – deyə icra başçısı bildirib.

Bələdiyyə sədri “qəsdən” deyəndə nəyi nəzərdə tutduğuna da aydınlıq gətirib: 

“Onlar indi Ermənistandadır və deyə bilərlər ki, necə oldu azərbaycanlıların əlinə keçdilər? Həqiqəti onlardan öyrənəcəyik, çünki orada asfalt yol var və bu yoldan kənara çıxmaq mümkünsüzdür”

Mer son vaxtlar Qafana gediş-gəlişin azaldığını söyləyib:

“Yolda nəqliyyat ciddi şəkildə azalıb. Vətəndaşlarımı əsasən təmir olunmamış Qafan-Tat yolundan istifadə edirlər və gecə demək olar ki, bu yolda nəqliyyatın hərəkəti yoxdur”.

“İnsanlar sadəcə narahatdırlar, xüsusilə gecə vaxtı belə bir riskə getməzlər, gündüz hərəkətin çox hissəsi Qafan-Tat yolundadır. Nəzərinizə çatdırım ki, o yoldan gedən maşınların çoxu minik avtomobilləridir. Yük maşınları oradan gedə bilmir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*