“İnsanlar sakit olun! biz uşaqlarımızı, oğlanlarımızı itiririk” – Öldürülən əsgərin atası etirazçılara SƏSLƏNDİbackend

“İnsanlar sakit olun! biz uşaqlarımızı, oğlanlarımızı itiririk" - Öldürülən əsgərin atası etirazçılara SƏSLƏNDİ

İğtişaşlar zamanı həlak olan Qazaxıstan Milli Qvardiyasının əsgəri Madiyar Kaysarovun atası ölkə vətəndaşlarına müraciət edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o insanları etiraz və talanları dayandırmağa çağırıb:

“Öz oğlunu dəfn etmək çox çətindir. Mən Qazax xalqına səslənirəm: “İnsanlar, sakit olun!” Biz uşaqlarımızı, oğlanlarımızı itiririk”.

Xatırladaq ki, yanvarın 8-də Qazaxıstanın Qaraqanda vilayətində 20 yaşlı Madiyar Kaysarov və həlak olan digər Qvardiya əsgəri dəfn edilib.

BMT-nin məlumatına görə, etirazlar zamanı minə yaxın insan xəsarət alıb. Respublikanın Daxili İşlər Nazirliyi 18 təhlükəsizlik əməkdaşının öldüyü barədə məlumat verib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*