Bu gün demək olar ki bütün dünyanın gözü qardaş Türkiyədədir. Baş verən zəlzələ dinindən, dilindən, irqindən və mili mənsubiyyətindən asılı olmayaraq hər kəsi kədərə qərq edib. Hazırda dünyanın bir çox ölkələri Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün səfərbər olub. Hətta uzun illərin rəqibi olan Yunanıstan da qardaş ölkədə baş verən zəlzələdən sarsıldığını rəsmi səviyyədə elan edərək yardım kampaniyasına qoşulub. Bircə Ermənistan öz mənfur xislətindən əl çəkməyərək Türkiyədə baş verən zəlzələyə, dağıntılara və insan tələfatına sevinir. İnsanlıqdan xəbəri olmayan “hay”ların həyasızlığı artıq pik həddə çatdığından insanların səbr kasasını daşırır.
Doğrudur, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə başsağlığı verib və İrəvandan zəlzələ baş verən əraziyə xilasetmə qrupu da göndərilib. Görünür, Paşinyan ya “Papadan böyük katolikdir”, ya da onun erməni qanında insan ruşeymləri hələ tam məhv olmayıb. Amma ermənilərin buna görə Paşinyanı linç etməsi, Türkiyəyə başsağlığı verdiyi üçün qınaması “hay”ların əsl simasını bir daha aşkara çıxarır.
Deməli, Ermənistanda məsələni belə analiz edirlər: “Paşinyanın Türkiyə prezidentinə və xalqına başsağlığı və dəstək sözlərini necə ifadə etdiyini gördük. İrəvanla Ankara arasında diplomatik münasibətlərin olmadığını nəzərə alsaq, bu addımı atmağa dəyməzdi. Yaxşı, Paşinyan türk liderinə zəng vurdu, bəs niyə bütün qurbanların tezliklə sağalmasını arzuladı?! Biri deyəcək ki, bu, diplomatik etiketdir. Diplomatik etiketdə düşmən dövlətin liderini narahat etmək, düşmən xalqa sağlamlıq arzulamaq məcburiyyəti yoxdur. Paşinyan əslində Azərbaycana hər zaman kömək etmiş potensial türk əsgərlərinə şəfa diləyib”.
Bu misralaraı oxuduqca insanın damarında qanı donur. Həmin andaca Xocalıda vəhşicəsinə qətlə yetirilən, gözləri oyulan, başları kəsilən, diri-diri yandırılan soydaşlarımızın fotoları gözümdə canlanır. Bütün bu vəhşilikləri ermənilərin törətdiyini xatırladıqda isə, onların Türkiyədə baş verənlərə münasibəti məni qətiyyən təəccübləndirmir. Axı uşaq qatillərindən insanlıq gözləməyin özü ən böyük sadəlövhlükdür. Düşünürəm ki, düşmən xalqa sağlamlıq arzulamağı belə özlərinə rəva görməyən bir toplumun hansı vəhşiliklər törədə biləcəyi nəinki Türkiyə və Azərbaycanı, həmçinin dünyanın sivil dövlətlərini narahat etməlidir.
Daha bir erməni xislətini isə guya özünü “ziyalı” sayan Ambartsum adlı erməni jurnalist nümayiş etdirir. Onun yazdıqlarından qısa xülasəni xatırlatmaq yerinə düşər: “Hökumətimiz daha da irəli getməyə qərar verdi. Ölkəmizdən 27 xilasedici Türkiyəyə yola düşüb. Sadəcə ağlıma sığmır! Paşinyan və komandası bizim xilasedicilərimizi düşmən yuvasına göndərir və düzgün iş gördüyünə inanır. Onlar bizə Yunanıstanı xatırlada bilərlər. Onlar deyirlər ki, orada da Türkiyəyə dəstək kampaniyası başlayıb. Amma Yunanıstan da Türkiyə kimi NATO-nun üzvüdür və onun davranışını böyük ölçüdə məhz bu amil müəyyənləşdirir. Ermənistan hələ NATO-nun üzvü deyil. Ölkəmiz hələ də KTMT-nin üzvüdür. Türk zabitləri azərbaycanlılara təlim keçməkdə, Ərdoğan Ermənistana qarşı bəyanatlar verməkdə davam edir”.
Təəssüf ki, bizim düşmən sarıdan bəxtimiz heç gətirməyib. Gərək düşmənçiliyi də kişi kimi etməyi bacarasan. Amma bu, ermənilərin xislətinə yaddır. Onlar Türkiyədə baş verən zəlzələni, insan tələfatını da siyasiləşdirməyə çalışırlar. Öz hikkə və öfkələrini ortaya qoyaraq yaşanan bu faciəyə sevinclərini gizlətmirlər. Birincisi, qardaş Türkiyənin Ermənistanın heç bir yardımına ehtiyacı yoxdur. Əgər Paşinyan bu addımı atmışdısa, o zaman ermənilərə öz liderlərinin hərəkətini sadəcə təqdir etmək düşərdi. Belə olan halda bəlkə də, mənfur erməni xislətini müsbətə doğru dəyişmək şansı qazanardılar. Ancaq insanlıq faciəsinə sevinən, bundan öz maraqları üçün faydalanmağa çalışan ermənilər nasist bir toplum olduqlarını bütün dünyaya yenidən sübut etdilər.
Erməni analitikin daha bir fikirinə nəzər salaq: “Türkiyədə baş verənlər Ermənistanın maraqlarına cavab verir. Reallıq budur ki, ölkədə baş verən zəlzələdən sonra dağıntıların miqyasının böyük olması Türkiyədə hakimiyyətdən, o cümlədən prezident Ərdoğandan narazılığı artırır. Zəlzələdən sağ çıxanlar və müxalifət partiyalarının nümayəndələri rəhbərliyi tənqid edirlər. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun keyfiyyətsiz tikintinin çoxlu sayda insan tələfatına səbəb olması ilə bağlı açıqlaması və hökuməti vergi ödəyicilərinin pullarını israf etməkdə günahlandırması da var. Yəni, nəticə etibarı ilə bu, Ermənistanın xeyrinə olan bir vəziyyətdir. Çünki Ərdoğanın mövqeyinin kəskin şəkildə zəifləməsi və onun seçkilərdəki məğlubiyyəti regionda qüvvələr balansını dəyişə bilər. Azərbaycanın arxalanacağı heç kim olmayacaq”, – deyə Ambartsum bildirir.
HAŞİYƏ: Göründüyü kimi, ermənilərin əlinə fürsət düşüb və onlar elə hesab edirlər ki, Ərdoğan prezident seçilməsə, rəsmi Bakının planları suya düşəcək. Əvvala, zəlzələ təbii fəlakətdir və bundan heç kim sığortalanmayıb. Yəni bu gün Türkiyədə baş verənlərin sabah Ermənistanda təkrarlanmayacağına heç kim zəmanət verə bilməz. Odur ki, ermənilər 80-ci illərin sonunda Spitakda baş verən dəhşətli zəlzələni və Azərbaycanın köməyini xatırlasalar daha məqsədəuyğun olar. İkincisi, Ərdoğan güclü liderdir və Türk xalqı onun arxasındadır. Onun sadəcə Türkiyə üçün deyil, Türk dünyası üçün etdikləri danılmaz faktdır. Elə bu faktlar kifayət edir ki, Ərdoğan yenidən Prezident seçilsin. Üçüncüsü, Azərbaycan regionun ən güclü və iqtisadi cəhətdən qüdrətli dövləti olaraq Ermənistanın başına “dəmir yumruğu” tək də vurmağa hazırdır. Bunun üçün heç kimin yardımına ehtiyacımız yoxdur. Odur ki, Ermənistan hakimiyyəti və toplumu gerçəkləri nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır. Əks halda başqasının faciəsi üzərindən xoşbəxtlik axtarmaq İrəvanı yalnız məhvə aparır. Necə deyərlər, “gülmə qonşuna, gələr başına”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
