“İnstagram” estetik filtrini ləğv edir – Əsaslı səbəbi varbackend

“İnstagram” estetik filtrini ləğv edir – Əsaslı səbəbi var

Sosial media platforması olan “İnstagram” estetik əməliyyatla bağlı daxilində olan funksiyanın götürüləcəyini açıqlayıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, bu qərarın verilməsinin səbəbi istifadəçiləri estetik əməliyyata itələməsi, ağıl və ruhi salamlığa təsir etməsi olub.

Araşdırmaya görə, üzü dəyişdirən filtrlər insanların görünüşü ilə bağlı onlarda mənfi hisslərin yarnamasına yol açır.

“İnstagram”ın sahibi “Facebook” açıqlamasında bu addımın insanların ağıl və ruh sağlamlığını qorumaq üçün atıldığını bildirib. Hətta istifadəçilər estetik filtrləri açmadan şəkil paylaşmırlar. Ona görə də şirkət estetik əməliyyatla bağlı bütün filtrlərin aradan götürüləcəyini, yeni tətbiqlərin istifadəyə veriləcəyini açıqlayıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*