“iPhone” istehsalı 30% azala bilər – SƏBƏBbackend

"iPhone" istehsalı 30% azala bilər - SƏBƏB

“Foxconn”un Henan əyalətinin Çjençjou şəhərindəki fabrikində “iPhone” istehsalı COVID-19 ilə bağlı əlverişsiz vəziyyət və müəssisə işçilərinin etirazları fonunda ən azı 30% azaldıla bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, işçilərin etirazından sonra şirkətin ayın sonuna kimi tam həcmdə istehsalı bərpa etməsi mümkün deyil.

“Foxconn” məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Çində koronavirusun yayılması son günlər nəzərəçarpacaq dərəcədə sürətlənib, yoluxma nisbəti tarixi antirekorda yaxınlaşıb. Bundan əvvəl fabrikin 20 min əməkdaşının COVID-19-a yoluxduğu barədə məlumatlar yayılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*