İran ABŞ-a nota verdibackend

İran ABŞ-a nota verdi

İran ABŞ-a nota verib.

KONKRET.az xəbər verir ki, notanı təqdim etmək üçün İsveçrənin İrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Nota ABŞ hökumətinin müraciəti əsasında Yunanıstanın sahillərində İran bayrağı altında üzən gəminin yükünün müsadirə olunmasına görə təqdim edilib.

İran tərəfi bildirib ki, bu addım beynəlxalq qanunların və dəniz hüququ normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır.

İran məsələ ilə bağlı öz narahatlığını və kəskin etirazını bildirib və gəminin yükünün dərhal azad olunmasını tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*