İran ABŞ-dan 4,3 milyard dollar təzminat TƏLƏB EDİRbackend

İran ABŞ-dan 4,3 milyard dollar təzminat TƏLƏB EDİR

Tehranın 55-ci Mülki Məhkəməsi ABŞ-ın 4 milyard 300 milyon dollar maddi və mənəvi təzminat ödəməsi barədə hökm çıxarıb. 

KONKRET.az İSNA-ya istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın ölkənin nüvə mütəxəssislərinə sui-qəsd edən İsraili dəstəkləməsidir.

Qeyd edək ki, məhkəmə öldürülən bəzi nüvə mütəxəssislərinin ailələrinin şikayəti üzrə baş tutub.

Bəyanatda ABŞ məhkəmələrinin müxtəlif bəhanələrlə İrana qarşı qərarlar çıxardığı və Tehran hökumətinə qiyabi təzminat ödəməyə məhkum edildiyi xatırladılıb.

Həmçinin qeyd olunub ki, İran dövlətinin toxunulmazlığını pozduğuna görə ölkə məhkəmələri ABŞ dövləti və rəsmilərinə qarşı müxtəlif mülki iddialar qaldırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*