“İran anakondanın ətrafında dolanmış paslı halqasından SAĞ ÇIXMAYACAQ” – Piontkovski – VİDEObackend

"İran anakondanın ətrafında dolanmış paslı halqasından SAĞ ÇIXMAYACAQ" - Piontkovski - VİDEO

“İran anakondanın ətrafında dolanmış paslı halqasından sağ çıxmayacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı riyaziyyatçı, publisist, siyasətçi Andrey Piontkovski Kanal 24-də müsahibəsində deyib. O, YouTube kanalında canlı yayım zamanı Türkiyə və Azərbaycanın İrana qarşı müharibə edə biləcəyini irəli sürüb.

Aparıcının Rusiyanın Ukranaya qarşı İran silahlarından istifadəsilə bağlı sualına siyasətçi belə cavab verib:

“İrana görə narahat olmayın. İranın bu dəqiqə daha vacib problemi var. Sizin Ukraynaya başınız qarışıb, ona görə İran ətrafında yaranan tektonik hadisələri görmürsünüz. İran görünməmiş blokadadır – Azərbaycan, Türkiyə və İran tərəfindən.

Keçən həftə İsrailin və Türkiyənin bütün hərbi rəhbərləri Bakıda idi. Onlar nəsə müzakirə etdilər.

Bir az açıqlama verim.

İran faşist respublikasıdır. O, İsraili məhv etmək niyyətini gizlətmir. Nüvə zərbəsilə tamamilə məhv etmək. Onlar buna görə bomba hazırlayırlar və tam hazır olub yerləşdirilməsinə bir addım qalıb. Və məqsədlərin də gizlətmirlər.

İsrail çoxdan İranın nüvə potensialını məhv etmək üçün zərbənin detallarını hazırlayıb. Bunun üçün Səudiyyə Ərəbistanı ilə razılaşdırılıb ki, İsrail təyyarələri onun ərazisindən istifadə edəcək.

ABŞ nə edir? Amerikalılar onları həmişə saxlayır, Obama da, Bayden də çəkindirib.

Mən düşünürəm ki, indi bu təzyiq ABŞ tərəfdən zəifləyib və İsrailin yaxşı tərəfdarları var: Azərbaycan və Türkiyə.

Bu dövlətləri 1-ci birləşdirən məsələ nüvə silahıdır, 2-ci məsələ son zamanlar gənc qızın qəddarcasına öldürülməsindən sonra İranda baş verən hadisələrdir.

Dünya əhəmiyyət vermir İranda baş verən təlatümlərə. İranın şimalında kompakt şəkildə 40 milyon azərbaycanlı yaşayır. Bu, İran əhalisinin yarısı deməkdir.

Onlara İran azərbaycanlıları deyirlər. Onlar da Azərbaycan və Türkiyəni öz vətənləri hesab edirlər.

İsrailin məqsədi isə İrana aviasiya zərbəsi endirmək və bütün nüvə obyektlərini məhv etməkdir. Türkiyə-Azərbaycanın məqsədi isə İranda təzyiq və işgəncələrə məruz qalan qardaşlarını faşist-fars rejimindən xilas etməkdir.

Bunlar yaxın gələcəyin baş verə biləcək hadisələridir. Bir az səbrli olun. İsrail ümumi tiranlara qarşı işimizin xeyrinə işləyir. İsrailin öz proqramı var. Onlar regiondadırlar və nəyi necə etməyi daha yaxşı bilirlər.

İsrail bunu nə vaxt edəcək hələ bilinmir. Amma bu anakondanın İran ətrafında paslanmış elə bir halqasıdır ki, İran bu halqadan sağ çıxmayacaq”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*